2026 cı ilin ötən günlərində ən sürətlə bahalaşan metal

13.01.2026

Icma.az, Marja.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qlobal təklifin azalacağına dair proqnozların metal bazarlarında yüksəliş tendensiyasını gücləndirməsi ilə alüminium 2022-ci ildən bəri ən yüksək səviyyəsinə yaxın qiymətlərlə ticarət olunur.

Marja xəbər verir ki, mis istisna olmaqla, digər metalların çoxu əvvəlki sessiyada yaşanan güclü bahalaşmadan sonra çərşənbə axşamı günü də Londonda bahalaşmaqda davam ediblər. Alüminiumun qiyməti bazar ertəsi günü 3200 dollar/ton rekord səviyyəsinə yaxınlaşıb, qalay üçüncü gün ardıcıl olaraq bahalaşmaqda davam edib və bu il indiyə qədər təxminən 20 faiz dəyər qazanıb (gündəlik həyatda gördüyümüz konserv qutuları kalayla örtülür).

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əsas metallər ötən ilin güclü performansından sonra 2026-cı ilə də güclü başlanğıc edib. Bu yüksəlişin əsas səbəbi FED-in faiz dərəcələrini endirməyə davam etməsi ilə təklifin tələbi qarşılamaqda çətinlik çəkəcəyi gözləntisi olub. Süni intellekt "partlayışı" da məlumat mərkəzləri, enerji şəbəkələri və elektronika üçün lazım olan metallara, xüsusilə misə olan marağı artırıbı, Çin bazarındakı spekulyativ alışlar da yüksəlişə töhfə verib.

Londra Metal Birjasında ilin əvvəlindən bəri ən yaxşı performans göstərən metal qalay olub və 2025-ci ildə 1 tonu 51 min dolları test edərək təxminən 40 faiz dəyər qazanıb.

Bakı vaxtı ilə 12:14-də, LME-də (London Metal Exchange - Loondon Metal Birjası) alüminium 0,1 faiz bahalaşma ilə tonu 3187 dollara yüksəlib, qalay isə 1,1 faiz bahalaşaraq 48 min 470 dollara çatıb. Dəmir filizi fyuçersləri isə bazar ertəsi 2024-cü ilin oktyabr ayından bəri ən yüksək səviyyədə bağlanışdan sonra tonu 109,10 dollara ticarət olunub. 

İş elanları AzVak.az-da

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью