Icma.az, Marja.az portalına istinadən məlumatı açıqlayır.
“Burger King” Azərbaycanda restoran şəbəkəsini əhəmiyyətli dərəcədə genişləndirməyi planlaşdırır.
Şirkətdən verilən məlumata görə, 2026-cı ilin sonuna qədər ölkədə fəaliyyət göstərən “Burger King” restoranlarının sayının 10-a çatdırılması nəzərdə tutulur.
Şirkət bununla kifayətlənməyərək yaxın perspektivdə Azərbaycandakı restoran şəbəkəsini 40 obyektədək genişləndirməyi planlaşdırır.
“Biz Azərbaycanda brendi inkişaf etdirməyə və komandamızı genişləndirməyə davam edirik. Yaxın perspektivdə restoran şəbəkəsinin 40 obyektədək genişləndirilməsi planlarına uyğun olaraq şirkət əməkdaşlarının sayının da əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur”, – “Burger King Azerbaijan”dan bildirilib.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Beləliklə, planlaşdırılan genişlənmə təkcə yeni restoranların açılmasını deyil, eyni zamanda şirkətin Azərbaycandakı əməkdaşlarının sayının artırılmasını da nəzərdə tutur.
Hazırda Azərbaycanda “Burger King” restoranları “BK Azerbaijan” MMC tərəfindən idarə olunur. Şirkət brendin yerli bazarda inkişafını davam etdirərək yeni restoranların açılması və komandanın genişləndirilməsi istiqamətində fəaliyyət göstərir.
“Burger King” dünyanın 110-dan çox ölkəsində fəaliyyət göstərən beynəlxalq sürətli xidmət restoranları brendlərindən biridir.