2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21.11.2026

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ekspertlər 2026-cı ilin sonunda münasib qiymətə almaq üçün dörd iPhone modelini tövsiyə ediblər. Siyahıya iPhone 13, iPhone 12, iPhone SE (2-ci və 3-cü nəsil), iPhone 14 və iPhone 16 daxildir.
Bizim.Media UNIAN-a istinadən xəbər verir ki, Plug Tech mütəxəssislərinin təhlilinə görə, ən optimal seçim iPhone 13-dür. Sertifikatlaşdırılmış bu modelin qiyməti 210 dollardan başlayır.
O, OLED ekran, 5G dəstəyi və A15 Bionic prosessoru ilə təchiz olunub, həmçinin iOS 27 əməliyyat sistemini dəstəkləyir.
Daha ucuz alternativlər arasında 160 dollardan başlayan iPhone 12 və 115 dollardan təklif olunan iPhone SE modelləri var. iPhone 14-ün qiyməti 300 dollardan, iPhone 16-nın qiyməti isə 400 dollardan başlayır.
Ekspertlər bildirirlər ki, köhnə iPhone modellərini alarkən əsas diqqət əməliyyat sisteminin dəstəyinə və batareyanın vəziyyətinə yönəldilməlidir.
Onlar iPhone XR, XS və XS Max modellərini tövsiyə etmirlər, çünki bu cihazlar artıq iOS 27-ni dəstəkləmir.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью