Icma.az, Modern.az saytına istinadən bildirir.
Cari ilin 8 ayında Azərbaycanda 4,5 mln. ton neft emal edilib.
Modern.az bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Qeyd edək ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisinə bərabərdir və illik müqayisədə 2,2% azdır.
Xatırladaq ki, ötən il Azərbaycanda 6,2 mln. ton neft emal edilib. Bu da illik müqayisədə 6,9% artım deməkdir.
Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod (NEZ) respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.