Demokrat.az saytına istinadən Icma.az xəbər verir.
“2026-cı ilə sayılı günlər qalarkən bölgədə sülhün reallaşması məsələsi yenidən gündəmin əsas mövzularından birinə çevrilib”.
Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.
O bikdirib ki, hazırkı geosiyasi dinamika həm imkanlar, həm də risklərlə doludur:
“Ermənistanın dəyişkən siyasi xətti, daxili siyasi təzyiqlər və radikal qrupların təsiri prosesin yavaşımasına səbəb olur. Buna baxmayaraq, Bakı–İrəvan münasibətlərində son aylarda müşahidə olunan diplomatik intensivlik müəyyən ümid pəncərəsi açır. Azərbaycan ötən illərlə müqayisədə daha güclü regional oyunçuya çevrilib və sülh sazişinin imzalanmasını strateji məqsəd kimi saxlayır. Ermənistan isə Qərb və Rusiya arasında balans axtarışında çətin dönəm yaşayır, bu da qərarverməni ləngidir. 2026-cı ildə sülhün mümkün olması, ilk növbədə, Ermənistan siyasi elitasının real dövlətçilik maraqları ilə populist təzyiqlər arasında seçimindən asılıdır”.
Onun sözlərinə görə, əgər İrəvan revanşist ritorikadan imtina edib nəqliyyat, sərhəd və kommunikasiyaların açılması kimi praktiki addımlara razılıq versə, saziş qısa müddətdə formalaşa bilər:
“Regionda böyük güclər arasındakı rəqabət də sülhün vaxtaşırı təxirə salınmasına yol açır. Lakin həm Avropa İttifaqı, həm də ABŞ üçün Cənubi Qafqazda sabitlik prioritetə çevrilib və bu, prosesə müsbət təsir edir.
Bütün bunları nəzərə alanda, 2026-da sülh sazişinin imzalanması mümkündür, amma bunu tam təmin olunmuş bir ehtimal kimi təqdim etmək doğru olmaz. Siyasi iradə güclü olsa, regionda yeni təhlükəsizlik arxitekturasının əsası məhz 2026-cı ildə qoyula bilər.
Reallıq isə odur ki, proses hələ də həssasdır və hər iki tərəfin konkret addımları nəticəni müəyyən edəcək”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.