2026 Dünya çempionatı: İran hər oyuna görə Meksikadan ABŞ a gedəcək

08.06.2026

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran millisi Dünya çempionatına hazırlıq düşərgəsini Meksikaya köçürüb.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, buna səbəb ABŞ və İran arasında atəşkəslə bağlı qeyri-müəyyənliyin davam etməsidir.

Bundan öncə, Meksikanın prezidenti  Klaudiya Şeynbaum bildirib ki, ABŞ-ın İranın milli komandasını qəbul etmək istəmədiyi iddia olunur.

Qeyd edək ki, İran yığması iyunun 15-də Yeni Zelandiya, iyunun 21-də isə Belçika ilə qarşılaşacaq. Hər iki oyun Los-Anceles stadionunda keçiriləcək. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью