2026 Dünya kubokunun püşkü atıldı nəticələr | Icma.az
Icma.az, Milli.az portalına istinadən məlumat yayır. 2026 Dünya Çempionatı turnirinin püşkatma mərasimi baş tutdu.
Milli.Az xəbər verir ki, püşkatma nəticələri bu cürdür: A qrupu: Meksika (ev sahibi), Cənubi Koreya, Cənubi Afrika Respublikası, Danimarka/Makedoniya - Çexiya/İrlandiya.(biri) B qrupu: Kanada (ev sahibi), İsveçrə, Qətər, İtaliya/Şimali İrlandiya/Uels/Bosniya (biri) C qrupu: Braziliya, Mərakeş, Şotlandiya, Haiti D qrupu: ABŞ (ev sahibi), Avstraliya, Paraqvay, Türkiyə/Rumıniya/Slovakiya/Kosovo (biri) E qrupu: Almaniya, Ekvador, Fil Dişi Sahili, Kurasao F qrupu: Niderland, Yaponiya, Tunis, Ukrayna/İsveç/Polşa/Albaniya (biri) G qrupu: Belçika, İran, Misir, Yeni Zelandiya H qrupu: İspaniya, Uruqvay, Səudiyyə Ərəbistanı, Kabo Verde İ qrupu: Fransa, Seneqal, Norveç, Boliviya/Surinam/İraq (biri) J qrupu: Argentina, Avstriya, Əlcəzair, İordaniya K qrupu: Portuqaliya, Kolumbiya, Özbəkistan, Yeni Kaledoniya/Yamayka/DR Konqo (biri) L qrupu: İngiltərə, Xorvatiya, Panama, Qana Xatırladaq ki, Beynəlxalq Futbol Federasiyası (FIFA) Dünya Çempionatının final mərhələsinin püşkatması üçün səbətlərin yekun tərkibini bu cür açıqlamışdı: 1-ci səbət: Kanada, Meksika, ABŞ, İspaniya, Argentina, Fransa, İngiltərə, Braziliya, Portuqaliya, Hollandiya, Belçika və Almaniya; 2-ci səbət: Xorvatiya, Mərakeş, Kolumbiya, Uruqvay, İsveçrə, Yaponiya, Seneqal, İran, Cənubi Koreya, Ekvador, Avstriya və Avstraliya; 3-cü səbət: Norveç, Panama, Misir, Əlcəzair, Şotlandiya, Paraqvay, Tunis, Fil Dişi Sahili, Özbəkistan, Qətər, Səudiyyə Ərəbistanı və Cənubi Afrika; 4-cü səbət: İordaniya, Kabo-Verde, Qana, Kyurasao, Haiti, Yeni Zelandiya və pley-offa vəsiqə qazanacaq 6 komanda.
A yolu: İtaliya/Şimali İrlandiya - Uels/Bosniya və Herseqovina. B yolu: Ukrayna/İsveç - Polşa/Albaniya.
C yolu: Türkiyə/Rumıniya - Slovakiya/Kosovo. D yolu: Danimarka/Makedoniya - Çexiya/İrlandiya.
Qitələrarası pley-off A yolu: Yeni Kaledoniya - Yamayka/DR Konqo. B yolu: Boliviya/Surinam/İraq.
Xatırladaq ki, pley-offun yarımfinalları 26 mart 2026-cı il, final oyunları isə 31 mart 2026-cı ildə keçiriləcək.
Futbol üzrə Dünya Çempionatının final mərhələsi 2026-cı ilin iyun-iyul aylarında ABŞ, Kanada və Meksikada keçiriləcək .
Milli.Az Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu