2026 US Open Zverev çempion oldu

14.09.2026

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Almaniyalı tennisçi Aleksandr Zverev "US Open" turnirinin kişilər arasında fərdi yarışında çempion olub.

Apasport.az xəbər verir ki, 29 yaşlı raketka ustası finalda amerikalı Ben Şeltonu 3:1 hesabı ilə məğlub edib.

Zverev qarşılaşmada 6:3, 7:6 (7:2), 5:7, 6:2 hesabları ilə qalib gələrək karyerasında ilk dəfə ABŞ Açığın baş mükafatına sahib çıxıb. 
Bu, almaniyalı tennisçinin karyerasında ikinci “Böyük Dəbilqə” tituludur. O, 2026-cı ildə “Rolan Qarros”un da qalibi olmuşdu.

Zverev 2020-ci ildə ABŞ Açığın finalına yüksəlsə də, həmin vaxt Dominik Timə uduzmuşdu. 

Qeyd edək ki, Şelton 1/4 finalda Karlos Alkarası, yarımfinalda isə Frensis Tiafonu mübarizədən kənarlaşdırmışdı.

Tennis yığmamız “Davis Cup” üçün Moldovaya yola düşüb Bakıda keçirilən beynəlxalq tennis turnirinin qalibləri müəyyənləşib Bakıda keçirilən beynəlxalq tennis yarışının qalibləri bəlli olub Ənvər Ənvərli Azərbaycan Tennis Federasiyasının yeni prezidenti seçilib İslam Oyunları: Millimiz yarımfinalda məğlub oldu, bürünclə kifayətləndi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью