2026cı ildə vəzifəsini tərk edəcək | Icma.az
Icma.az bildirir, Footbal-plus portalına istinadən. Didye Deşamın Fransa yığmasını nə vaxta qədər çalışdıracağı məlum olub.O, baş məşqçi vəz
Bu xəbəri “Ekip” qəzeti yayıb. Bu mənbəyə görə, təcrübəli məşqçi son bir neçə ay ərzində milli komandadan ayrılmağı düşünüb.
O, sonda 2026-cı ilin yayında müddəti sona çatacaq müqaviləsini yeniləməmək qərarını verib.Deşam yığmaya 2012-ci ilin yayından başçılıq edir.
Komanda ötən müddətdə onun rəhbərliyi altında 166 matça çıxıb, 106 dəfə qalib gəlib, 31 dəfə heç-heçə edib və 29 dəfə uduzub.
Yığma 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının qalibi olub.
Deşamın komandasının DÇ-2022-də finalında penalti seriyasında Argentinaya uduzduğunu da xatırladaq.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu