2026cı ildən Formula 1də komandaların sayı artacaq

22.11.2024

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

"Formula 1" üzrə dünya çempionatında çıxış edəcək komandaların sayı 2026-cı ildən etibarən artacaq.

Bu barədə "Racingnews365" nəşri məlumat yayıb.

Qətər Qran-prisindən (29 noyabr - 1 dekabr) sonra bu barədə rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

Qeyd edək ki, daha əvvəl "Andretti" komandası "Formula 1"də iştirak üçün ərizə verib. Hazırda yarışda 10 komanda mübarizə aparır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью