2026cı ildən Formula 1də komandaların sayı artacaq

22.11.2024

Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.

"Formula 1" üzrə dünya çempionatında çıxış edəcək komandaların sayı 2026-cı ildən etibarən artacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Racingnews365" nəşri məlumat yayıb.

Qətər Qran-prisindən (29 noyabr - 1 dekabr) sonra bu barədə rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

Qeyd edək ki, daha əvvəl "Andretti" komandası "Formula 1"də iştirak üçün ərizə verib. Hazırda yarışda 10 komanda mübarizə aparır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью