2026cı ildən sonra Formula1in təqvimində dəyişiklik olacaq

04.12.2024

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

"Formula-1"in Niderland mərhələsi 2026-cı ildən sonra çempionatın təqvimindən çıxarılacaq.

Oxu.Az xəbər verir ki, bunu yarışın təşkilatçıları açıqlayıb.

Zandfort avtodromunun 2026-cı ildə də yarışı qəbul etməsi ilə bağlı birillik müqavilə imzalanıb. Həmin yarışdan sonra Niderland Qran-prisi "Formula-1"in təqvimini tərk edəcək.

Qeyd edək ki, Zandfort avtodromu 1952-85-ci illərdə də qısa fasilələrlə çempionatın milli mərhələsini qəbul edib. 2021-ci ildən təqvimə qayıdan Niderland Qran-prisinin ilk üç ilində Maks Ferstappen "doğma divarlar" arasında qalib olubsa, 2024-cü ildə Lando Norris finişə birinci çatıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью