2026cı ilin sonunadək 140 min keçmiş məcburi köçkün Qarabağa YERLƏŞDİRİLƏCƏK

03.12.2024

Bizim media saytına istinadən Icma.az xəbər verir.

“2025-ci ilin büdcəsində işğaldan azad olunmuş ərazilərimiz, Qarabağ və Şərqi Zəngəzurun bərpasına 4 milyard manatın ayrılması nəzərdə tutulub. Çox qısa zamanda Cənab Prezidentin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur”.
Bizim.Media xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında büdcə zərfinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.
O bildirib ki, 2026-cı ilin sonunadək 140 min keçmiş məcburi köçkünün işğaldan azad olunmuş ərazilərə yerləşdirilməsi planlaşdırılır.
“Müdafiə qabiliyyətimizin gücləndirilməsi məsələsi ölkəmizin təhülükəsizliyinin qorunması baxımından vacibdir”.
Günay Şahmar, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью