2027 2030 cu illər üzrə Ortamüddətli büdcə çərçivəsi açıqlanıb

15.04.2026

Marja.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən hazırlanan 2027-2030-cu illəri əhatə edən Ortamüddətli büdcə çərçivəsi Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilib.

Ortamüddətli büdcə çərçivəsi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”na və “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi layihəsinin hazırlanması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 30 yanvar tarixli 71s nömrəli Sərəncamına əsasən tərtib olunub.

Sənəd büdcə siyasətinin əsas istiqamət və hədəflərini, makro-fiskal çərçivəni, milli xərc prioritetlərini, ortamüddətli resurs zərfini, icmal büdcənin və dövlət büdcəsinin gəlir və xərclərinin proqnozlarını, habelə büdcə islahatlarına cəlb olunan sektorlar üzrə nəzərdə tutulan proqramların həyata keçirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin yuxarı hədləri barədə məlumatları ehtiva edir.

2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsi ilə aşağıdakı linklərdə tanış ola bilərsiniz:

https://www.maliyye.gov.az/news/6509/2027-2030-cu-iller-uzre-ortamuddetli-budce-cercivesi-aciqlanib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью