2027 ci il bu tarixlərdə doğulanlar üçün unudulmaz olacaq

21.11.2026

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2027-ci ildə bəzi insanların həyatında ciddi dəyişikliklərin baş verəcəyi, iş, münasibətlər və gələcək planları ilə bağlı mühüm qərarların gündəmə gələcəyi iddia olunur.

“Yeni Sabah” xəbər verir ki, sosial şəbəkələrdə yayılan astroloji paylaşımda üç doğum tarixi aralığında dünyaya gələn şəxslərin 2027-ci ili unudulmaz yaşayacağı bildirilib.

Paylaşımda qeyd olunan tarixlər bunlardır: Məişət texnikası

•⁠  ⁠20 avqust 1981 – 18 noyabr 1982;

•⁠  ⁠24 sentyabr 1985 – 21 noyabr 1986;

•⁠  ⁠19 sentyabr 1989 – 27 yanvar 1991.

İddiaya görə, bu tarixlərdə doğulan şəxslərin astroloji xəritələrində Saturnun və xarici planetlərin ciddi təsirləri müşahidə olunur.

Bunun nəticəsində həmin insanların iş həyatında, şəxsi münasibətlərində və gələcək planlarında yenidən dəyərləndirmələr aparacağı, həyatlarının istiqamətini dəyişə biləcək qərarlar verəcəyi gözlənilir.

Qeyd edək ki, bu fikirlər astroloji yanaşmaya əsaslanır və elmi proqnoz hesab edilmir.

Aytac Əliyeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью