2027 ci ildə ABŞ nin hərbi xərcləri 1,5 trilyon dollara çatacaq

18.06.2026

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 18 iyun, AZƏRTAC

ABŞ administrasiyası 2027-ci ildə hərbi xərclərə 1,5 trilyon dollar xərcləmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, Pentaqon rəhbəri Pit Heqset bunu NATO müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşündə deyib.

“Son altı ay ərzində ABŞ Prezidenti Donald Tramp hərbi xərcləri artırmaq vədinə sadiq qalıb. 2026-cı ildə müdafiə sahəsinə 1 trilyon dollardan çox, 2027-ci ildə isə 1,5 trilyon dollar xərclənəcək”, - deyə o bildirib.

Nazir əlavə edib ki, Birləşmiş Ştatlar NATO-nun xərc tələblərini artıqlaması ilə yerinə yetirəcək.

Qeyd edək ki, Pit Heqset görüşdən əvvəl Vaşinqtonun hərbi-sənaye kompleksini modernləşdirməyə və sürətləndirməyə yönələn “Azadlıq Arsenalı” təşəbbüsünə start verdiyini elan edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью