2027 ci ildə Azərbaycana idxalın həcmi 19 mlrd. dollar səviyyəsində planlaşdırılır

04.11.2026

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

2027-ci ildə Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə daxilolmalar 6 milyard 868 milyon manat məbləğində nəzərdə tutulur ki, bu da 2026-cı ilin proqnozu ilə müqayisədə 6 milyon manat, 2025-ci ilin icrası ilə müqayisədə 498,1 milyon manat və ya 7,8 faiz çoxdur.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

İdxal olunan mallara əlavə dəyər vergisi üzrə daxilolmalar 4 milyard 700 milyon manat məbləğində nəzərdə tutulur ki, bu da 2026-cı ilin proqnozu ilə müqayisədə 50 milyon manat və ya 1,1 faiz az, 2025-ci ilin icrası ilə müqayisədə 377,7 milyon manat və ya 8,7 faiz çoxdur.

2025-ci ilin icrası ilə müqayisədə artım iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinə əsasən idxal həcmlərinin artımla proqnozlaşdırılması ilə əlaqədardır. Belə ki, 2027-ci il üzrə idxalın həcmi 19 milyard ABŞ dolları səviyyəsində müəyyən edilib ki, bu da 2025-ci ilin faktiki icrası ilə müqayisədə isə 0,9 milyard ABŞ dolları və ya 5,0 faiz çoxdur.

2026-cı ilin proqnozu ilə müqayisədə azalma isə 2025-ci ildə ƏDV-yə cəlb olunan dövriyyənin ümumi idxalda payının azalmasının növbəti illərin proqnozlarına təsiri ilə əlaqədardır.

İdxal olunan mallara aksizlər üzrə daxilolmalar 240 milyon manat məbləğində nəzərdə tutulur ki, bu da cari ilin proqnozundan 6 milyon manat və ya 2,6 faiz, 2025-ci ilin icrası ilə müqayisədə isə 7,3 milyon manat və ya 3,1 faiz çoxdur.

Daxilolmaların artımla proqnozlaşdırılması bir sıra malların aksizli malların siyahısına daxil edilməsi ilə bağlıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью