2027 ci ildə daha 250 vaqon alınması planlaşdırılır

24.11.2026

Marja.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Yükdaşımaların səmərəli təşkili üçün həm infrastrukturun, həm də hərəkət vasitələrinin təkmilləşdirilməsi vacibdir. Bu istiqamətdə lokomotiv parkının yenilənməsi, vaqon parkının genişləndirilməsi və sərhəd-keçid məntəqələrinin buraxılış qabiliyyətinin artırılması üzrə mühüm layihələr həyata keçirilir".

AZCON Holding şirkətlərindən olan Azərbaycan Dəmir Yollarının Yük daşımaları departamentinin rəisi Samir Həziyev bildirirb.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

O qeyd edib ki, son illərdə dövlət sərhəd zonalarında yerləşən Yalama və Böyük Kəsik stansiyalarında genişmiqyaslı modernləşdirmə işləri aparılıb. Məqsəd gömrük, sərhəd və texniki baxış prosedurlarının daha operativ həyata keçirilməsi, qatarların emal müddətinin azaldılması və sərhəd keçidlərinin buraxılış qabiliyyətinin artırılmasıdır. Məsələn, Yalama stansiyasında həyata keçirilən tədbirlər nəticəsində qatarların emal müddəti 4,5 saatdan 3,5 saata endirilib. Bu isə stansiyanın buraxılış imkanlarının əhəmiyyətli dərəcədə artmasına şərait yaradıb.

Böyük Kəsik stansiyasında da ərazinin çəpərlənməsi, videomüşahidə sistemlərinin quraşdırılması və digər qəbul təhvil proseslərinin optimallaşdırılması kimi tədbirlər nəticəsində qatarların emal müddəti azaldılıb və keçid prosesləri sürətləndirilib.

"Hazırda ADY-nin vaqon parkına istismarda olan 4200-dən çox vaqon daxildir. Son dövrdə yük parkımızın gücləndirilməsi istiqamətində ciddi işlər görülüb. Keçən il daxili investisiya hesabına 200 yarımvaqon və 100 platforma-vaqon alınaraq istismara verilib. Növbəti il daha 250 vaqonun alışı üçün işlər davam etdirilir.

Eyni zamanda, ADY-nin balansında müasir elektrik və dizel lokomotivləri mövcuddur. Ötən il Çin istehsalı olan 7 yeni magistral lokomotivin alınması ilə bağlı müqavilə imzalanmışdı. Həmin lokomotivlər bu il parkımıza daxil edildi. Növbəti il daha 250 vaqonun alışı üçün işlər aparılır.

Bu magistral lokomotivlər qabaqcıl texnologiyalar və innovativ dartı sistemləri ilə təchiz edilib, yüksək dartı gücü və iri yanacaq tutumu ilə seçilir, ağır tonnajlı yük qatarlarının daha səmərəli və təhlükəsiz idarə olunmasına imkan verir.

Azərbaycan Dəmir Yolları lokomotiv parkının yenilənməsi, hərəkət tərkiblərinin texniki imkanlarının artırılması və artan yük daşımaları üzrə çevik və təhlükəsiz xidmət göstərilməsi istiqamətində işləri davam etdirir",- Samir Həziyev bildirirb.

Samir Həziyev qeyd edib ki, Bakı Beynəlxalq Dəniz Limanı və Baş Ələt stansiyasında bir sıra mühüm layihələr həyata keçirilir. Liman ərazisində qəbul-göndərmə yollarının sayı 11-dən 15-ə çatdırılıb. Nəticədə bu gün sutka ərzində 760 vaqon/68 400 ton yük qəbul edilərək yola salınır. Əvvəllər bu göstərici 600 vaqon/54 min ton idi. Beləliklə, yük emalı və qatarların formalaşdırılması imkanları genişlənib.

"Bundan əlavə, Baş Ələt stansiyasında irimiqyaslı yenidənqurma layihəsi icra olunur. Burada dəmiryol xətləri, kontakt şəbəkəsi və işarəvermə sistemləri tamamilə yenilənir. Layihənin mühüm hissələrindən biri də limandan qərb istiqamətində Baş Ələt stansiyasına daxil olmadan birbaşa çıxışı təmin edəcək yeni dəmir yolu əlaqəsinin yaradılmasıdır. Bu həll yük qatarlarının hərəkət vaxtını bir neçə saat azaltmağa imkan verəcək".

Hər gün yeni vakansiyalar - AzVak.az-da

© APA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью