2027 ci ildə eyni vaxtda 6 yeni iPhone təqdim olunacaq KONKRET

17.11.2026

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İnsayderlərin məlumatına görə, Apple gələn il ildə 3-4 smartfon təqdim etmək ənənəsindən imtina edərək, eyni vaxtda altı yeni modelini bazara çıxaracaq.

KONKRET.az xəbər verir ki, bunlar iPhone 18, iPhone 18e, iPhone Air 2, yubiley modelləri olan iPhone 20 Pro və iPhone 20 Pro Max, həmçinin qatlanan iPhone Duo 2 olacaq.

“Esquire” nəşrinin məlumatına görə, bu təqdimatlar şirkətin 26 yeni cihazı əhatə edən genişmiqyaslı yol xəritəsinin bir hissəsidir.

iPhone 18, iPhone 18e və iPhone Air 2 nə vaxt təqdim olunacaq?

Apple artıq standart və Pro versiyalarının təqdimatlarını fərqli dövrlərə bölür. 2026-cı ilin sentyabrında təqdim edilən iPhone 18 Pro flaqmanlarından sonra 2027-ci ilin yazında standart iPhone 18 və iPhone 18e modellərinin təqdimatı gözlənilir.

Ehtimal olunur ki, hər iki cihaz 2 nanometrlik texnoloji proses əsasında hazırlanmış A20 prosessoru ilə təchiz ediləcək. 3 nanometrlik A19 prosessoru ilə müqayisədə hesablama gücünün 15 faiz, enerji səmərəliliyinin isə 30 faizə qədər artacağı bildirilir. Bu da cihazların enerji sərfiyyatına və batareyanın işləmə müddətinə müsbət təsir göstərəcək.

Bununla yanaşı, standart iPhone 18 modelinin bəzi xüsusiyyətlərinin sadələşdirilə biləcəyi bildirilir. Məlumata görə, Apple xərcləri azaltmaq məqsədilə adi iPhone 18-in texniki göstəricilərini iPhone 18e modelinə yaxınlaşdırmağı planlaşdırır.

Şirkətin daha ucuz çiplərdən, yaddaş komponentlərindən və sadələşdirilmiş istehsal proseslərindən istifadə edəcəyi iddia olunur. Bununla belə, qiymətin aşağı salınmasından söhbət getmir.

Buraxılışı əvvəllər təxirə salınan iPhone Air 2 modeli isə yenilənmiş formada təqdim edilməlidir. İncə smartfonu alıcılar üçün daha cəlbedici etmək məqsədilə şirkət ona əlavə əsas kamera yerləşdirməyi və qiymətini azaltmağı nəzərdən keçirir.

2027-ci ilin sentyabrında təqdim ediləcək əsas yeniliklər iPhone seriyasının 20 illiyinə həsr olunan iPhone 20 Pro və iPhone 20 Pro Max modelləri olacaq.

Məlumata görə, Apple həm ön, həm də arxa tərəfdən kənarları hamar şəkildə yuvarlaqlaşdırılmış şüşə korpus hazırlamaq imkanını araşdırır. Bu dizayn ekranın faydalı sahəsini genişləndirməyə və ənənəvi çərçivələrdən tamamilə imtina etməyə imkan verə bilər.

Bundan başqa, 2027-ci il üçün nəzərdə tutulan yeniliklər siyahısında Apple-ın qatlanan smartfonunun ikinci nəsli – iPhone Duo 2 də yer alır. Bu model haqqında ətraflı məlumat hələlik gizli saxlanılır.

Xatırladaq ki, Apple bu ilin payızında sentyabr təqdimatında cəmi üç smartfon nümayiş etdirib.

Şirkət flaqman və standart modellərin təqdimatlarını tamamilə ayırmaq qərarına gələrək ənənəvi buraxılış qrafikini dəyişib. Əsas yenilik isə çevik ekrana malik ilk qatlanan iPhone olub./bizimmedia

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью