2027 ci ildən bütün büdcə təşkilatlarında YENİLİK Sahil Babayev açıqladı

22.10.2026

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Oktyabrın 22-də Maliyyə Nazirliyi yanında İctimai Şuranın təşkilatçılığı, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının rəsmi tərəfdaşlığı və Maliyyə Nazirliyinin dəstəyi ilə “Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ” mövzusunda konfrans keçirilib.

“Yeni Sabah” xəbər verir ki, konfransda çıxış edən maliyyə naziri Sahil Babayev bildirib ki, dövlət maliyyəsinin idarə edilməsində əsas hədəf ayrı-ayrı elektron xidmətlərdən vahid rəqəmsal idarəetmə modelinə (GRP) keçməkdir. Nazir qeyd edib ki, “e-mühasibat” altsistemi vasitəsilə 261 dövlət qurumuna təlimlər keçirilib, 2026-cı ilin sonunadək 1-2 milyon inventar vahidi elektron qeydiyyata alınacaq, 2027-ci ildən bütün büdcə təşkilatları GRP modelinə inteqrasiya olunacaq, 2028-ci ilin büdcə layihəsinin isə təxminən 60%-i avtomatlaşdırılmış rejimdə formalaşdırılacaq.

Eyni zamanda, “e-müqavilə” altsistemi vasitəsilə ümumi məbləği 3 milyard manatdan artıq olan 7500-dən çox elektron müqavilə rəsmiləşdirilib və süni intellekt əsaslı “RDMİS AI” köməkçisi istifadəyə verilib. İctimai Şuranın sədri İnqilab Əhmədov isə rəqəmsallaşmanın və süni intellektin tətbiqinin insan amilindən asılılığı və sui-istifadə risklərini azaldacağını vurğulayıb. Tədbir Hesablama Palatası, Mərkəzi Bank, Dövlət Vergi Xidməti və digər aidiyyəti qurumların təmsilçilərinin iştirakı ilə keçirilən panel müzakirələrlə davam edib. Dominos pizza

Cəlalə Cəlalqızı


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью