2027 ci ilin büdcəsi: Azərbaycan 50 milyard xərcləyəcək

16.09.2026

Icma.az, Azpost portalına istinadən məlumat yayır.

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirlərinin 47 milyard 608,8 milyon manat, xərclərinin isə 50 milyard 386,7 milyon manat olacağı proqnozlaşdırılır.

Bu barədə Maliyyə Nazirliyinin 2027-ci il və sonrakı üç il üzrə büdcə göstəricilərində məlumat verilib.

Proqnoza əsasən, gələn il icmal büdcənin gəlirləri 2026-cı ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 2 milyard 639,5 milyon manat və ya 5,9% artacaq.

İcmal büdcənin xərclərinin isə 2026-cı illə müqayisədə 1 milyard 547,4 milyon manat və ya 3,2% artaraq 50 milyard manatı keçəcəyi gözlənilir.

2,8 milyard manat kəsir

Gəlirlərlə xərclər arasındakı fərq nəticəsində 2027-ci ildə Azərbaycanın icmal büdcəsinin 2 milyard 777,9 milyon manat kəsirlə formalaşacağı proqnozlaşdırılır.

Bu göstərici 2026-cı il üzrə proqnozlaşdırılan kəsirlə müqayisədə 3,2% aşağıdır.

Beləliklə, gələn il icmal büdcədə xərclərin gəlirlərdən təxminən 2,8 milyard manat çox olması gözlənilir.

Maliyyə Nazirliyinin ilkin göstəricilərinə görə, 2027-ci ildə ayrıca dövlət büdcəsinin gəlirləri 39 milyard 234 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat səviyyəsində proqnozlaşdırılır. Dövlət büdcəsinin kəsirinin isə 3 milyard 166 milyon manat olacağı gözlənilir.

2027-ci il üzrə dövlət büdcəsi hesablamalarında xam neftin orta illik satış qiyməti 1 barel üçün 65 ABŞ dolları götürülüb. Dövlət büdcəsi gəlirlərinin 39,5%-nin neft-qaz sektorunun, 60,5%-nin isə qeyri-neft-qaz sektorunun hesabına formalaşacağı proqnozlaşdırılır.

AzPost.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью