Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Gələn il Azərbaycanın dövlət büdcəsi xərclərinin 44,2 faizi və ya 18,7 milyard manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldiləcək.
“Yeni Sabah” xəbər verir ki, bu göstərici 2025-ci ilin faktiki icra rəqəmi ilə müqayisədə 22,8 faiz artım deməkdir. Hesablamalara əsasən, 2027-ci ildə sosial sahəyə ayrılan vəsaitin həcmi 2023-cü illə müqayisədə mütləq ifadədə 4,4 milyard manat çox olacaq.
Qeyd edək ki, qarşıdakı dövr üzrə büdcə siyasətində əsas hədəf iqtisadi inkişaf üçün maliyyə təminatı yaratmaqla yanaşı, dövlətin sosial və strateji öhdəliklərinin tam icrasını təmin etməkdir. Məişət texnikası
Cəlalə Cəlalqızı