Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Maliyyə Nazirliyinin açıqladığı ilkin büdcə bəyanatına əsasən, 2027-ci ildə proqram və nəticəəsaslı büdcə islahatları çərçivəsində 54 prioritet proqramın icrası planlaşdırılır.
“Yeni Sabah” xəbər verir ki, islahatlara cəlb olunan təhsil, səhiyyə, sosial müdafiə, mədəniyyət, gənclər siyasəti və idman, media, kənd təsərrüfatı, eləcə də ətraf mühitin mühafizəsi sektorları üzrə layihələrin maliyyələşdirilməsinə ümumilikdə 13,9 milyard manat vəsait yönəldiləcək.Formanın Yuxarısı