“2027 ci ilin dövlət büdcəsi postmüharibə və Böyük Qayıdış büdcəsidir” Hikmət Babaoğlu

16.11.2026

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2027-ci ilin dövlət büdcəsi Azərbaycanın postmüharibə dövründə təhlükəsizliyinin möhkəmləndirilməsi, Böyük Qayıdışın təmin olunması və sosial öhdəliklərin yerinə yetirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

SİA xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Hikmət Babaoğlu parlamentin plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

O bildirib ki, Azərbaycanın büdcəsinin əsas xüsusiyyətlərindən biri müharibədən sonrakı bərpa prosesinin xarici donorların və beynəlxalq maliyyə təşkilatlarının kreditləri hesabına deyil, ölkənin öz imkanları ilə həyata keçirilməsidir.

Deputatın sözlərinə görə, Azərbaycan heç bir beynəlxalq maliyyə təşkilatından kredit almadan həm təhlükəsizliyini möhkəmləndirir, həm Böyük Qayıdışı təmin edir, həm də sosialyönümlü xərclərini qarşılayır. Bu, ölkə iqtisadiyyatının dinamik və səmərəli olduğunu göstərir.

H.Babaoğlu qeyd edib ki, 2027-ci il dövlət büdcəsində sosialyönümlü xərclər 18,7 milyard manat təşkil edir ki, bu da ümumi büdcə xərclərinin 44,2 faizinə bərabərdir.

O vurğulayıb ki, milli təhlükəsizlik də büdcənin əsas prioritetlərindəndir. Bu məqsədlə 8,8 milyard manat vəsaitin ayrılması ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir.

Deputat əlavə edib ki, 2027-ci ilin büdcəsi yalnız cari ehtiyacların qarşılanmasına deyil, gələcək inkişafın təmin edilməsinə də yönəlib. Bu baxımdan sənədi postmüharibə, Böyük Qayıdış, investisiya və inkişaf büdcəsi kimi qiymətləndirmək olar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью