2027 ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama

16.09.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 16 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının “2027-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədi hazırlanaraq Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilir.

Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sənəd növbəti il və ortamüddətli dövr üzrə makroiqtisadi proqnozları, büdcə siyasətinin əsas istiqamət və hədəflərini, prioritet xərc istiqamətlərini, icmal və dövlət büdcələrinin layihələrinin ilkin parametrlərinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyinin baxışlarını əks etdirir.

Büdcə prosesinin növbəti mərhələlərində - 2027-ci il üçün dövlət büdcəsi haqqında Qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilənədək qeyd olunan parametrlərə dəyişikliklərin edilməsi mümkündür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью