Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Frenki de Yonq “Barselona” ilə müqaviləsini uzadıb.
QOL.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilir.
28 yaşlı yarımmüdafiəçinin yeni müqaviləsi 2029-cu ilə qədər nəzərdə tutulub.
Məlumata görə, niderlandlı futbolçunun buraxılış məbləği 400 milyon avrodan 500 milyon avroya qaldırılacaq.
De Yonq 2019-cu ildən “Barselona”da çıxış edir. O, Kataloniya klubunun heyətində iki dəfə İspaniya çempionu olub.