Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Son illər Mərakeşdə keçirilən beynəlxalq futbol oyunları ətrafında diqqətçəkən və narahatedici hadisələr ardıcıl şəkildə xatırlanır.
Müxtəlif Afrika yığmaları fərqli illərdə oxşar ssenari ilə üzləşdiklərini açıqlayıblar.
İdman.Biz xəbər verir ki, 2018-ci ildə Qabon millisinin futbolçuları Mərakeşlə oyun öncəsi portağal şirəsi içdikdən sonra qida zəhərlənməsi əlamətləri yaşadıqlarını bildirmişdilər.
Hadisə həmin dövrdə ciddi rezonans doğurmuşdu. 2021-ci ildə isə bu dəfə Qvineya-Bisau Futbol Federasiyası eyni ölkədə baş verən oxşar qida z
Federasiya rəsmiləri futbolçuların oyun öncəsi sağlamlıq problemləri yaşadığını açıqlamışdı.
Məlumatlara görə, həmin qarşılaşmalar öncəsi bir neçə futbolçu ağır ishaldan əziyyət çəkib, bəziləri isə xəstəxanaya yerləşdirilərək təcili tibbi yardım alıb.
Oyunlara cəmi bir neçə saat qalmış baş verən bu hallar ciddi suallar doğurmuşdu.