2030 ci il Olimpiadasının keçiriləcəyi ölkə bəlli olub

10.04.2025

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2030-cu il Olimpiadasının Alp dağlarında keçirilməsi ilə bağlı müqavilə imzalayıb.

Oxu.Az xəbər verir ki, bu barədə BOK-un icraçı direktoru Kristof Dubi məlumat paylaşıb.

Beynəlxalq Olimpiya Komitəsi oyunların keçirilməsi hüququnu şərti olaraq Fransaya həvalə etmişdi. Müqavilənin imzalanması dövlət zəmanətinin verilməsindən sonra mümkün olub. "2030-cu il Qış oyunlarının Alp dağlarında keçirilməsi ilə bağlı müqavilə imzalanıb", - deyə Dubi bildirib.

2030-cu il Qış Olimpiya Oyunları Fransanın iki regionunda keçiriləcək: Overn-Rona-Alp dağları və Provans-Alp-Cot d'Azur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью