2030 cu il Dünya çempionatı ilk dəfə 6 ölkədə keçiriləcək

20.07.2026

Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2030-cu il futbol üzrə Dünya çempionatı tarixdə ilk dəfə 6 ölkənin ev sahibliyi ilə təşkil olunacaq.

Apasport.az xəbər verir ki, mundialın əsas ev sahibləri İspaniya, Portuqaliya və Mərakeş olacaq. Turnirin böyük hissəsi məhz bu üç ölkədə keçiriləcək.

Bununla yanaşı, ilk dünya çempionatının 100 illiyi münasibətilə qrup mərhələsinin açılış xarakterli üç oyunu Uruqvay, Argentina və Paraqvayda baş tutacaq. Beləliklə, turnir tarixdə ilk dəfə 3 qitədə - Avropa, Afrika və Cənubi Amerikada keçiriləcək.

Qeyd edək ki, ilk Dünya çempionatı 1930-cu ildə Uruqvayda təşkil olunmuşdu. 2030-cu il mundialı isə həmin turnirin 100 illik yubileyinə təsadüf edəcək.

Asim Xudiyev "Braqa"nın oyununa təyinat alıb "Sabah"ın açıq məşqi və mətbuat konfransı olacaq BATE-nin baş məşqçisi: Azərbaycan futbolu inkişaf edir - EKSKLÜZİV A milli yoldaşlıq görüşü keçirəcək "Sabah" - KuPS matçının hakimləri bəlli oldu
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью