Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
2030-cu il dünya çempionatının final matçına ev sahibliyi etmək üçün “Kamp Nou” stadionunun namizədliyini irəli sürülüb.
Hurriyyet.org Telegraf-a istinadən xəbər verir ki, Barselona şəhərinin meri Jaume Kollboninin sözlərinə görə, artıq FIFA-ya rəsmi təklif təqdim edilib.
Məlumata görə, əsas favorit “Real Madrid”in “Santyaqo Bernabeu” stadionu hesab olunsa da, “Kamp Nou”nun da üstünlükləri az deyil. Yenidənqurmadan sonra Barselona klubunun stadionu 105 min tamaşaçı tutumuna malik olacaq. “Bernabeu” isə 84 min azarkeş qəbul edə biləcək ki, bu da 21 minlik fərq deməkdir.
FIFA-nın hesablamalarına görə, final matçının Barselonada keçirilməsi Madridlə müqayisədə quruma 20 milyon avrodan çox əlavə gəlir gətirə bilər. Bu amil qərarın verilməsində mühüm rol oynaya bilər.
Bildirilir ki, yekun qərar daha sonra açıqlanacaq.
Qeyd edek ki, DÇ-2030 İspaniya, Portuqaliya və Mərakeşdə keçiriləcək. Uruqvay, Argentina və Paraqvay isə hər biri bir oyuna ev sahibliyi edəcək.