2030 cu ilə qədər bu məhsul tükənə bilər

21.04.2025

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qərbi Afrikanın əsas kakao istehsalçısı olan Fil Dişi Sahilində fermerlər iqlim dəyişikliyi, aşağı məhsul qiymətləri və qeyri-bərabər ticarət şərtləri səbəbindən ciddi məhsuldarlıq itkisi ilə üzləşdiklərini bildirirlər.

News24.az Manset.az-a istinadla xəbər verir ki, əgər təcili tədbirlər görülməzsə, 2030-cu ilə qədər ölkədə kakao ağacları tamamilə yox ola bilər.

Xüsusilə Bafing-Tonkpi bölgəsində fəaliyyət göstərən fermerlər Avropa bazarlarına, o cümlədən Böyük Britaniyaya kakao ixrac edirlər. Lakin uzun illər davam edən aşağı qiymət siyasəti və kifayət qədər sərmayənin ayrılmaması bu sahədə böhrana səbəb olub.

Yerli Yeyasso adlı fermer kooperativi bildirib ki, quruma üzv olan 5 minə yaxın fermerin istehsal etdiyi kakao miqdarı son illərdə 30 faiz azalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью