Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“3600-dən çox məktəb tikilib və əsaslı təmir edilib. 1.3 milyondan çox təhsil və təlim şagirdimizin şəraiti yaxşılaşdırılıb".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deyib.
"Mövcud infrastrukturu yararsız olan məktəblərin sayı 900-dən 400-ə qədər azaldılıb. Ümid edirik ki, 2030-cu ilə qədər ümumi təhsildə infrastruktur problemimiz qalmayacaq”, - deyə nazir müavini bildirib.