2030 cu ilədək ADY 20 ədəd sərnişin qatarı alacaq

30.01.2025

Icma.az bildirir, Report.az saytına əsaslanaraq.

Bakı şəhərində və ətraf ərazilərdə dəmiryol nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi çərçivəsində 2025−2030-cu illərdə 20 ədəd sərnişin qatarının alınması nəzərdə tutulur.

"Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında deyilir.

Buraya satınalmaya dair şərtlər toplusunun hazırlanması, satınalmanın keçirilməsi və təchizatçı ilə müqavilənin imzalanması, hər biri 10 ədəd olmaqla mərhələli şəkildə sərnişin qatarlarının istismara verilməsi daxildir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью