Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
FİFA 2030 və 2034-cü illərdə keçiriləcək dünya çempionatlarının yerlərini rəsmən elan edib.
Axar.az xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.
2030-cu ildə keçiriləcək dünya çempionatı Mərakeş, Portuqaliya və İspaniya ölkələrini əhatə edəcək.
Turnirin üç oyunu isə Uruqvay, Paraqvay və Argentinada keçiriləcək. DÇ-2034 isə Səudiyyə Ərəbistanda baş tutacaq.
Ölkənin iqlim şəraitinə görə turnir həmin il qışda başlayacaq.
Xatırladaq ki, 2026-cı ilin dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.