2030 və 2034cü illərdə DÇ bu ölkələrdə keçiriləcək

11.12.2024

Icma.az xəbər verir, Sitat.info saytına əsaslanaraq.

FİFA 2030 və 2034-cü illərdə keçiriləcək dünya çempionatları üçün məkanları rəsmən elan edib.

Sitat.info xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.

2030-cu ildə keçiriləcək dünya çempionatı Mərakeş, Portuqaliya və İspaniya ölkələrini əhatə edəcək. Turnirin üç oyunu isə Uruqvay, Paraqvay və Argentinada keçiriləcək.

DÇ-2034 isə Səudiyyə Ərəbistanda baş tutacaq. Ölkənin iqlim şəraitinə görə turnir həmin il qışda başlayacaq.

Xatırladaq ki, 2026-cı ilin dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью