2030cu ilə qədər məvacibini tam ödəyəcək “Barsa” şokdadır

01.01.2025

Icma.az, Publika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

La Liqa mövsümünün qalan hissəsi üçün futbolçunu qeydiyyatdan keçirə bilməsə, “Barselona” 26 yaşlı yarımmüdafiəçi Daniel Olmonun 2030-cu ilin yayında başa çatacaq müqaviləsinin sonuna qədər tam maaşını ödəməli olacaq.

Publika.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Mənbəyə görə, “blaugrana” həm də “RB Leyptsiq”ə yarımmüdafiəçinin transferi üçün təyin olunmuş 48 milyon avroya qədər sabit məbləği tam ödəməyə borclu olacaq.

Əvvəllər La Liqa Olmonu qeydiyyatdan keçirməkdən imtina edib. Bildirilib ki, “Barselona” bu vəziyyətdən çıxış yolları axtarmağa davam edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью