2034cü ildə dünya çempionatının keçiriləcəyi ölkə açıqlandı

11.12.2024

Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

2034-cü ildə futbol üzrə dünya çempionatı Səudiyyə Ərəbistanında keçiriləcək.

Bu barədə Beynəlxalq Futbol Federasiyasının (FİFA) onlayn rejimdə keçirilən konqresində məlumat verilib.

Qarşılaşmalar ölkənin 5 şəhərdə 15 stadionda keçiriləcək.

Ölkənin iqlim şəraiti ilə əlaqədar yarışın qışda keçiriləcəyi bildirilir.

Səudiyyə Ərəbistanı 2034-cü il dünya çempionatına ev sahibliyi etmək üçün müraciət edən yeganə ölkədir.

Bundan əvvəl məlum olub ki, 2030-cu il dünya çempionatına altı ölkə – Mərakeş, Portuqaliya, İspaniya, Uruqvay, Paraqvay və Argentina ev sahibliyi edəcək.

Xatırladaq ki, futbol üzrə son dünya çempionatı 2022-ci ildə Qətərdə keçirilib.

Kuboku finalda Fransa millisinə qalib gələn Argentina millisi qazanıb (3:3, penaltilər 4:2).

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью