Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Özbəkistan iqlim dəyişmələri ilə mübarizə səylərinə qətiyyətlə sadiqdir. Biz təbii ehtiyatlardan səmərəli istifadə və yaşıl texnologiyalar əsasında milli inkişafın yeni modelini qururuq. İqtisadiyyatın bütün sektorlarında karbon tutumunu fəal şəkildə azaldırıq. Ölkəmiz ümumi daxili məhsulun hər vahidinə düşən istixana qazı emissiyalarının 35 faiz azaldılması hədəfinə vaxtından əvvəl nail olub.
Axar.az xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şövkət Mirziyayev Antalyada COP31 Liderlər Sammitində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Daşkənd yeni, daha iddialı hədəf müəyyən edib: “2035-ci ilədək istixana qazı emissiyalarını 50 faiz azaltmaq”.
“İqtisadi inkişafla təbiətə qayğı arasında tarazlığın qorunması yaşıl enerji istehsalının həcminin daim artırılmasını tələb edir. Artıq dörd ildən sonra Özbəkistanda bərpaolunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalının payı 54 faizə çatacaq”, - deyə Mirziyayev qeyd edib.