Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Biz blogerləri adətən cazibədar, baxımlı və ideal görünüşlü təsəvvür etməyə öyrəşmişik.
Lakin ekspertlərin proqnozları göstərir ki, cəmi 25 ildən sonra sosial media ulduzlarının siması bu stereotipdən çox uzaq olacaq.
Onlayn platforma Casino.org mütəxəssisləri gələcəyin tipik influenser obrazını modelləşdirərək ona “Ava” adını veriblər.
Təqdim olunan fotoda Avanın qeyri-bərabər piqmentli dərisi, əyilmiş kürəyi, sivri “cadugər” çənəsi və yorğun sifəti diqqət çəkir.
Mütəxəssislərə görə, bu dəyişikliklər illərlə aparılan gözəllik prosedurları, həddindən artıq kosmetika istifadəsi və saatlarla ekran qarşısında oturmaq vərdişlərinin nəticəsidir.
Ekspertlər bildirirlər ki, Ava yalnız gələcəyin sosial media siması deyil, həm də müasir istifadəçilərə xəbərdarlıqdır.
O, platforma alqoritmlərinin ardınca qaçmağın, gözəllik standartlarına əsir olmağın və fasiləsiz məzmun yaratmaq təzyiqinin nəticələrini öz üzərində göstərir.