2050ci ilə qədər 20 ölkə yoxsullaşacaq

13.12.2024

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünya Bankı 26 aşağı gəlirli ölkə ilə bağlı hesabat dərc edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, son illər dünya iqtisadiyyatında artım tempi əvvəlki illərlə müqayisədə aşağı səviyyədə qalıb. Bu sahədə heç bir irəliləyiş olmasa, 20 ölkə 2050-ci ilə qədər yoxsul qalmaq riski daşıyır.

Bildirilib ki, bu ölkələrdən yalnız 6-sı 25 il ərzində orta gəlir səviyyəsinə çata bilib. Bildirilib ki, aşağı artımla yanaşı, tez-tez iqtisadi böhranlar və artan münaqişələr də irəliləyişi ləngidir. Bu ölkələrdə insanlar gündə 2,15 dollardan az gəlirlə yaşayırlar.

Hesabatda Suriyanın da 2010-cu illərdə aşağı gəlirli ölkələr kateqoriyasına qoşulduğu xatırladılıb. Dünya Bankı sözügedən digər ölkələrin adını açıqlamayıb. 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью