2050ci ilədək hər dörd əmlakdan biri su altında qalacaq...

24.12.2024

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Böyük Britaniyanın Ətraf Mühit Agentliyinin (EA) hesabatına görə, iqlim dəyişikliyi nəticəsində artan təhlükələr səbəbindən 2050-ci ilədək İngiltərədə təxminən səkkiz milyon əmlak, yəni hər dörd əmlakdan biri daşqın riski altında ola bilər.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, agentliyin ilk qiymətləndirməsində istiləşən dünyada daşqın təhlükəsinin artdığı bildirilib. Qeyd olunub ki, bu, daha güclü yağıntılar və dəniz səviyyəsinin yüksəlməsi ilə əlaqədardır. Daşqın düzənliklərində daha çox ev tikilərsə, risk altındakı əmlakların sayı arta bilər. Lakin bu say daşqın əleyhinə müdafiə tədbirləri gücləndirilərsə, azala bilər. Hazırda 6.3 milyon əmlakın daşqın riski altında olduğu bildirilir ki, bu rəqəm əvvəlki proqnozlardan daha yüksəkdir.

“Yaşadığımız daşqın hadisələrinin tezliyi və şiddəti daha da güclənə bilər”,- agentliyin daşqın riski strategiyası üzrə direktoru Culi Foley bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью