2060cı ilə qədər bank sektoru yaşıl layihələrə 30 milyard manat ayırmalıdır | Icma.az
Icma.az bildirir, Anews saytına əsaslanaraq. Dünya Bankı Qrupunun İqlim və İnkişaf Hesabatına əsasən, Azərbaycanın karbon emissiyalarını sür
Bu barədə Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev YIII Beynəlxalq Bankçılıq Forumunda bildirib.
"Bu maliyyələşmə təmini üçün ciddi institusional çərçivənin formalaşdırılması, yaşıl istiqrazların təşviqi, beynəlxalq inkişaf banklarının cəlbi və yaşıl maliyyələşmə fondlarının yaradılması labüddür.
Azərbaycan Respublikasının Mərkəzi Bankı institusional çərçivənin yardılması təşəbbüsünü öz öhdəsinə götürərək son illərdə dayanıqlı maliyyələşmənin təmini üçün vacib tənzimləyici qaydaların, təlimatların və tövsiyyələrin hazırlanması üzərində çalışır", - Nuriyev deyib.
Onun sözlərinə görə, sözügedən istiqamətdə ilk təşəbbüslərdən biri kimi elektrik və hibrid avtomobillər maliyyələşdirilməsi üzrə əlçatanlığın artırılması istiqamətində işlər aparılıb.
Belə ki, 3 il əvvəl start götürən bu proses nəticəsində Mərkəzi Bank tərəfindən requlyativ güzəştlər tətbiq edilib və banklara bu istiqamətdə kreditlərin ayrılması üzrə tövsiyyələr verilib.
Nəticədə 2022-ci ilin sonuna bankların kredit portfelində elektrik və hibrid avtomobillərinin cəmi minik avtomobil portfelində payı 17.8% olduğu halda, cari ilin iyunun 30-a bu göstərici 59,9% a kimi artıb.
Bununla yanaşı, ötən ilin fevralında Mərkəzi Bank tərəfindən "2023-2026 Dayanıqlı Maliyyə Yol Xəritəsi” nəşr olunub.
Tam oxu
Xəbəri oxu