209 taksi sürücüsü imtahandan kəsildi

23.09.2025

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün sentyabrın 23-də növbəti test imtahanı keçirilib.

Bu barədə Modern.az-a Dövlət İmtahan Mərkəzindən (DİN) məlumat verilib.

Bildirilib ki, imtahanda iştirak etmək üçün 1561 namizəd qeydiyyatdan keçib. Onlardan 1509 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1300 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

Qeyd edək ki, imtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 24 və 25 sentyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью