Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.
21-27 sentyabr həftəsində münasibətlər, tarazlıq və mühüm qərarlar ön plana çıxır. Sentyabrın 23-də Günəşin Tərəzi bürcünə keçməsi ilə Tərəzilərin doğum günləri başlayır. Bütün Tərəzilərə yeni yaşlarında sağlamlıq, xoşbəxtlik və gözəl başlanğıclar arzulayırıq.
Bu keçidlə münasibətlərdə harmoniya, ədalət və qarşılıqlı anlaşma ön plana çıxarkən, sentyabrın 26-da Qoç bürcündə baş verəcək Dolunay “mən” və “biz” arasındakı tarazlığı gündəmə gətirir. Xüsusilə münasibətlərdə mühüm qərarlar və aydınlaşmalar yaşana bilər. Bəs bu həftə 12 bürcü nələr gözləyir? Gəlin nəzər salaq.
Əziz Qoçlar, Dolunayla birlikdə münasibətlərdə mühüm qərar və özünüzlə bağlı yeni bir dövrün başlanması gündəmə gəlir.
Əziz Buğalar, iş və gündəlik həyatınızda gərgin bir dövr yaşanır. Sizi yoran nizamı dəyişdirmək ehtiyacı güclənir.
Əziz Əkizlər, eşq həyatınız və sosial çevrəniz canlanır. Münasibətlərdən birində hisslər daha aydın xarakter alır.
Əziz Xərçənglər, ev və ailə həyatınızla bağlı mühüm qərar gündəmdədir. Ailə daxilində münasibətlərin balansını dəyişəcək bir hadisə baş verə bilər.
Əziz Şirlər, ünsiyyət intensivləşir. Mühüm görüş, xəbər və ya qərar gündəmə gələ bilər.
Əziz Qızlar, maliyyə məsələləri ön plana çıxır. Gəlir və xərclərlə bağlı yeni tarazlıq axtarışı başlayır.
Əziz Tərəzilər, özünüzü daha çox ön plana çıxardığınız və mühüm qərarların gündəmə gəldiyi yeni bir dövr başlayır.
Əziz Əqrəblər, bir qədər geri çəkilib dincəlməyə ehtiyac duyacaqsınız. Keçmişdən qalan bir məsələ yekunlaşmaq üzrədir.
Əziz Oxatanlar, dostluqlar və gələcək planları canlanır. Ətrafınızda dəyişiklik və ya qarşınıza yeni bir hədəf qoymaq gündəmə gələ bilər.
Əziz Oğlaqlar, karyera sahəsində mühüm inkişaflar gözlənilir. İş həyatında bir dövrün sonuna gəlinir və yeni qərar gündəmə gəlir.
Əziz Dolçalar, təhsil, səyahət və gələcəklə bağlı planlar ön plana çıxır. Həyata baxışınızı dəyişdirəcək bir hadisə gündəmə gələ bilər.
Əziz Balıqlar, ortaq maliyyə və maddi paylaşımlar ön plandadır. Münasibətlərdə etibar və sərhədlərlə bağlı aydınlıq yaranır.