Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xorvat Luka Modriçin gedişi ilə "Real Madrid"də "Qızıl top"u qazanmış futbolçu qalmayıb.
Oxu.Az-ın "Football24" nəşrinə istinadən verdiyi xəbərə görə, "Real Madrid"də belə bir vəziyyət 21-ci əsrdə ilk dəfə baş verir.
İspaniya təmsilçisinin heyətində "Qızıl top" mükafatını qazanmış son futbolçu 40 yaşlı Modriç olub.
O isə bu mövsümdən etibarən karyerasını "Milan"da davam etdirmək qərarına gəlib.