Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 8-11, gündüz 17-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-65, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntı olacağı, qar yağacağı ehtimal edilir. Ayrı-ayrı yerlərdə arabir duman müşahidə olunacaq.
Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 4-8, gündüz 15-20 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz isə 11-16 dərəcə isti gözlənilir.