Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov 20 il sonra yenidən Sent-Ceyms Parka çıxacaq.
İdman.Biz xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün bu arena yad deyil.
Bundan 21 ildən əvvəl, 30 mart 2005-ci ildə Azərbaycan milli komandası dünya çempionatı-2006-nın seçmə mərhələsi çərçivəsində məhz bu stadionda İngiltərə yığması ilə qarşılaşıb.
Həmin oyunda Qurban Qurbanov start heyətində meydana çıxıb və yeddinci dəqiqədə hesab 0:0 olarkən komandamızı önə keçirə biləcək yaxşı fürsət yaxalamışdı. Lakin zərbəsi bir qədər dəqiq olmadı. Bekhem, Cerrard, Ouen, Runi, Terri, Lempard kimi ulduzların çıxış etdiyi İngiltərə millisi Karlos Alberto Torresin rəhbərlik etdiyi Azərbaycan yığmasını 2:0 hesabı ilə məğlub edib, hər iki qolu ikinci hissədə vurub. Aradan 21 il keçdikdən sonra Qurban Qurbanov yenidən Sent-Ceyms Parka qayıdacaq. Bu dəfə isə onun rəhbərlik etdiyi “Qarabağ” Tumanlı Albionda ilk dəfə məğlub olmamağa çalışacaq.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının 1/16 final mərhələsində “Qarabağ”ın rəqibi İngiltərənin “Nyukasl” klubu olub. Fevralın 17-si və ya 18-də Azərbaycan çempionu Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda rəqibini qəbul edəcək. Cavab görüşü isə fevralın 24-ü və ya 25-də Sent-Ceyms Park stadionunda keçiriləcək.