21 illik həsrətə son qoydular

14.05.2026

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

“Betis”in azarkeşləri böyük sevinc içindədilər.

"Football-plus.az" xəbər verir ki, İspaniya klubu Çempionlar Liqasının 2026/27 mövsümündə iştirak edəcək. Sevilyalılar La Liqanın 36-cı turunda “Elçe”ni 2:1 hesabı ilə məğlub ediblər. Nəticədə Manuel Pelleqrininin komandasının turniri ilk 5 yerdən birində başa vuracağı dəqiqləşib.
Qeyd edək ki, İspaniya 2026/27 mövsümündə Çempionlar Liqasında 5 klubla təmsil olunacaq.
“Betis” sonuncu dəfə Çempionlar Liqasında 2005-ci ildə oynayıb. “Liverpul”, “Çelsi” və “Anderlext”lə bir qrupda yarışan komanda 3-cü yeri tutub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью