21 kənd 9 638 abonent sabah qazsız qalacaq

16.07.2025

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Sabah Sabirabad rayonunun 21 kəndinin təbii qazla təchizatında fasilə yaranacaq.

Yenisabah.az xəbər verir ki, saat 10:00-dan etibarən sınaq işləri başa çatana qədər Nərimankənd, Qaratəpə, Yastıqobu, Əhmədabad, Ulacalı, Mürsəlli, Şıxlar, Qaralar, Məmişlər, Kürkəndi, Əsədli, Qəfərli, Suqovşan, Bulduq, Ətçələr, Həşimxanlı, Axtaçı-Muğan, Qaratoğay, Osmanlı, Şıxsalahlı və Qaragüney kəndlərində (ümumilikdə 9 638 abonent) "Nərimankənd" QPS-dən qaz təchizatı dayandırılacaq.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью