21 körpəyə işgəncə verən qadın deportasiya OLUNUR

04.02.2026

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Böyük Britaniyada 21 körpəyə işgəncə verdiyi sübuta yetirilən polyak qadın 8 il həbs cəzası aldıqdan sonra ölkədən deportasiya ediləcək.

Redaktor.az bu barədə "Daily Mail"ə istinadla xəbər verir.

22 yaşlı Roksana Leka Polşa vətəndaşıdır və Londonda yerləşən Tviknem rayonundakı “Riverside” Montessori uşaq bağçasında uşaqlara qarşı zorakılıq edib. Onun qurbanları 10 aylıqdan 2 yaşadək olan uşaqlar olub.

Məhkəmədə sübuta yetirilib ki, Leka uşaqları vurub, təpik atıb, qapıb, cızıb və dartıb. O, 2024-cü ilin iyun ayının 28-dək uşaqlara baxmağa davam edib.

Qadın yeddi hallıq uşaqlara qarşı zorakılığı etiraf edib, o cümlədən bir oğlan uşağının üzünə təpik vurması və bir qız uşağının böyrünə yumruq zərbəsi endirməsi faktları var. Leka məhkəmədə davranışını gecə yuxusuzluğuna və oğlan yoldaşı ilə birlikdə kannabis istifadəsinə bağlamağa çalışıb. Buna baxmayaraq, məhkəmə onu günahkar hesab edərək 8 il həbs cəzası verdi. Leka artıq fevralın 5-də Polşaya deportasiya ediləcək və orada cəzasını çəkəcək.

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью